Tbilisi


004       Tiflis Kür çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km məsafədə  uzanır. Mərkəzi rayonların əsas magistral küçələri olan Rustaveli və Plexanova  prospektləri Kür çayının qırağı ilə keçir. Tiflisin cənub-şərq hissəsində onun qədim  mərkəzi olan dar küçəli “Köhnə şəhər” yerləşir. Buranın orta əsr tikililərinin cizgilərini  özündə saxlamış, oyma ağaclı eyvanlarla (əsasən də XIX əsrin 30-60-cı illəri) bəzədilmiş  2-3 mərtəbəli kərpic binaları, özünəməxsus yerli və klassik elementlərin birləşməsindən  əmələ gəlmiş memarlıq formaları vardır. “Köhnə şəhər”də Narikala məbədinin qalıqları  (köhnə hissəsi IV əsr, yeni hissəsi XVI-XVII əsrlər), daş Ançisxati kilsəsi (VI əsr, yuxarı  hissəsi və tağlar XVI əsr), Metexi kilsəsi (1278-1293), Sioni kilsəsi (VI-VII əsrlər), Şah  Rostomun hamamları (XVII əsr), Tiflis cümə məscidi kimi tarixi tikililər vardır. (Vaxti  ilə unikal tikili olan Şah Abbas məscidini gürcülər körpü tikintisi adı ilə bəhanə edərək uçurmuşdular).

tbilisi-08XIX əsrdən başlayaraq isə “Yeni şəhər” adlanan (müasir Tiflisin mərkəzi) son klassisizm stilində olan bina və küçələrin düzbucaqlı şəbəkəsi genişlənməyə başladı. (Qafqaz ordusunun mərkəzi qərargahı – 1824-cü il, Zubalaşvili mehmanxanası – 1835-ci il (hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyi) və s.). XIX əsrin sonları, XX əsrin əvvəllərində isə gürcü milli memarlıq formalarından istifadə olunaraq bir çox gəlirli ev, inzibati və içtimai binalar tikilmişdir. (Keçmiş Gürcü zadəgan-torpaq bankı (hal-hazırda Gürcüstan Dövlət Kitabxanası) 1912-1916-cı il, memar A.N.Kalqin). Sovet hakimiyyəti illərində tikintilər baş plana uyğun aparılırdı (1-ci 1934-cü ildə tərtib olunmuş, 2-cisi isə 1957-ci ildə, nəhayət yeni baş plan isə 1970-ci ildə təsdiqlənmişdir. Memarlar İ.Çxenkeli, A.Cibladze, Q.Çaparidze, Q.Şavdiya), hansıki Tiflisin Kür çayının sahili boyu şimal-şərq (su anbarı) istiqamətində inkişafını nəzərdə tutmuşdur. Avçala, Saburtalo, Diqomi, Qldani, Poniçala və s. kimi yeni yaşayış məntəqələri salınmışdır. Köhnə maqistral və meydanlar abadlaşdırılmış, rekonstruksiya edilmiş, yeniləri tikilərək istifadəyə verilmişdir. Bundan başqa körpülər və sahilkənarı içtimai istirəhət mərkəzləri salınmışdır. Yeni tikililər arasında misal olaraq Gürcüstan hökümət evini, İdman sarayını, “İveriya” mehmanxanasını, Filarmoniyanın konsert zalını və.s qeyd etmək olar.

Tbilisi-Georgia_2420311b Tiflisdə Gürcüstan Elmlər Akademiyası və onun institutları, Botanika bağı, Gürcüstan  Kənd Təssərrüfatı Mexanizasiya və Elektrifikasiya Elmi-tədqiqat İnstitutu, Gürcüstan  Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu, Gürcüstan Yeyinti Sənayesi  Elmi-tədqiqat İnstitutu və digər müəssisələr, 10-dan artıq ali təhsil ocağı (Tiflis Dövlət  Universiteti, Gürcüstan Politexnik Universiteti, Tiflis Tibb Universiteti və.s).

227 orta (buraya M.F.Axundov adına 1 türk məktəbidə daxildir), 24 xüsusi orta, 27  orta-ixtisas məktəbi, 207 məktəbəqədər tərbiyə ocağı, 1 yanvar 1975-ci ilə qədər 104  kütləvi kitabxana (ən böyüyü Gürcüstan Dövlət Kitabxanası), 16 muzey (S.Canaşiya  adına Gürcüstan dövlət muzeyi,Gürcüstan xalq tətbiqi sənəti muzeyi,Gürcüstan şəkil qalereyası,ədəbiyyat muzeyi və.s), Z.P.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrı, Şota Rustaveli adına teatr, A.S.Qribayedov adına Tiflisi Rus Dram Teatrı, M.F.Axundov adına Azərbaycan Dram Teatrı, Musiqili Komediya Teatrı, kukla teatrı, sirk, filarmoniya, V.Saracaşvili adına konservatoriya, “Gürcüstan-film” kinostudiyası, 38 klub, 67 stasionar kinoqurğu, 13 məktəbdənkənar müəssisə, 9 dövlət nəşriyyatı (“Sabçota Sakartvelo”, “Merani”, “Qanatleba”, “Nakaduli” və.s), dövlət və özəl radio və televiziyaları (1-ci və 2-ci dövlət kanalları, İmedi, radio Fortuna və .s), teleqüllə, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnallar, qeyri-hökümət təşkilatları və s. fəaliyyət göstərir.

tbilisi-02

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s